“Son turlarda qələbə barədə düşünürdüm” – Sergey Karyakin

“Son turlarda qələbə barədə düşünürdüm” – Sergey Karyakin
25-04-2018 / 21:00 STOLÜSTÜ OYUNLAR
78

"Berlindən sonra yorğunluq özünü göstərir. Amma belə güclü heyətdə çıxış etmək həmişə xoşdu”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya şahmatçısı Sergey Karyakin deyib.

 

Şəmkirdə keçirilən Vüqar Həşimovun xatirəsinə həsr olunan turnirin 6-cı turunda norveçli Maqnus Karlsenlə heç-heçə edən Karyakin qarşılaşmadan sonrakı mətbuat konfransında fikirlərini açıqlayıb: “Əslində son turlarda xalımı artırmaq üçün qələbə barədə düşünürdüm. Lakin oyunlarda üstünlük əldə etmirəm. Bərabər səviyyədə partiyanın heç-heçə başa çatmasını normal sayıram".

Sergey Karyakin istirahət günündə futbolda oynamamasını belə izah edib: "Səhər yeniyetmələrə seans verdik. Ardınca Şəmkirdə piyada gəzməklə rahatlıq tapdım. Futbolda iştirak etməməyimin səbəbi Maqnusla oyuna hazırlaşmağımdı. Karlsenlə oyuna ciddi hazırlaşmaq üçün bütün günü demək olar ki, otaqda olmuşam".

 

Mənbə: shamkirchess.com