“Marsel” evdə sevindi, “Atletiko” Londondan ümidli dönür - YENİLƏNİB

“Marsel” evdə sevindi, “Atletiko” Londondan ümidli dönür - YENİLƏNİB
27-04-2018 / 00:57 FUTBOL
5359

Avropa Liqasında yarımfinal mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyunlar çərçivəsində 2 qarşılaşma baş tutub.

 

Erkən final sayılan “Arsenal” – “Atletiko” cütü Londonda münasibətlərini aydınlaşdırıb. 10-cu dəqiqədə Vrsalikonun ikinci sarı vərəqə almasından sonra 80 dəqiqə azlıqda oynayan madridlilər İngiltərədən ümidli dönməyi bacarıblar. Dieqo Simeonenin yetirmələri hesabda geri düşsələr də, sonradan toparlanaraq vacib bərabərlik qolunu vuraraq cavab oyunu öncəsi üstünlüyə yiyələniblər.

 

Şotlandiyalı Viliam Kallumun fit çaldığı oyunda isə Fransa “Marsel”i doğma azarkeşlər önündə turnirin sürpriz komandası “Zalsburq”a yerini göstərib. Meydan sahibləri 2:0 hesablı qələbəyə seviniblər.

 

Avropa Liqası

Yarımfinal

İlk oyunlar

26 aprel

 

“Arsenal” (İngiltərə) – “Atletiko” (İspaniya) - 1:1

Qollar: Lakazet, 61 - Qrizman, 82

Qırmızı vərəqə: Vrsaliko, 10 (ikinci sarı)

Baş hakim: Klemen Turpin (Fransa)

London. “Arsenal” stadionu

 

“Marsel” (Fransa) – “Zalsburq” (Avstriya) - 2:0

Qollar: Tauvin, 15, Nji, 63

Baş hakim: Villiam Kollum (Şotlandiya)

Marsel. “Velodrom” stadionu