Cüdoçularımız ilk rəqiblərini tanıdı

Cüdoçularımız ilk rəqiblərini tanıdı
25-04-2018 / 22:08 DÖYÜŞ NÖVLƏRİ
194

İsrailin paytaxtı Təl-Əvivdə keçiriləcək cüdo üzrə Avropa çempionatının püşkü atılıb. Apasport.az saytının məlumatına görə, 3 gün davam edəcək yarışda mübarizə aparacaq Azərbaycan millisinin üzvlərinin rəqibləri bəlli olub.

 

Çempionatda ölkəmizi 9 kişi,7 qadın cüdoçu təmsil edəcək. İlk döyüşlərində Vüqar Şirinli (60 kq) rusiyalı Beslan Mudranov, Nicat Şıxəlizadə moldovalı Denis Vyeru, Orxan Səfərov (hər ikisi 66 kq) xorvatiyalı Bernard Azinoviç, Hidayət Heydərov (73 kq) Dmitri ukraynalı Kanivets, Elxan Məmmədov  slovakiyalı Matey Hayas, Zəlim Kosoyev (hər ikisi 100 kq) slovakiyalı Milan Randl,, Uşanqi Kokauri (+100 kq) rusiyalı Tamerlan Basayevlə üz-üzə gələcək. Rüstəm Orucov (73 kq) və Məmmədəli Mehdiyev (90 kq) yarışa ikinci mərhələdən qoşulacaq.

 

Qadınların yarışında Leyla Əliyeva (48 kq) sloveniyalı Marusa Stanqar, Bazaraqça Erdenebat (48 kq) türkiyəli Dilarə Loğmanhəkim, Gültac Məmmədliyeva (52 kq) türkiyəli İrem Korkmaz, Buyanxışıq Purevsuren (52 kq) norveçli Medelin Rubinşteyn, Ülviyyə Rəhimli (57 kq) polşalı Anna Borovska, İçinxorlo Munxtsedev (57 kq) kosovolu Nora Qyakova, İrina Kindzerska (+78 kq) rusiyalı Kseniya Çibişova ilə görüşəcək.
 

Qeyd edək ki, çempionatda 44 ölkədən 376 (217 kişi, 159 qadın) cüdoçunun iştirakı gözlənilir.