Ronaldo hamıdan öndə

Ronaldo hamıdan öndə
26-04-2018 / 01:43 FUTBOL
394

İspaniya “Real”ının portuqaliyalı futbolçusu Kriştianu Ronaldo yeni rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, hücumçu Çempionlar Liqasındakı qələbə sayında 1-ci pilləyə yüksəlib.

 

Yarımfinalın “Bavariya” ilə səfər matçındakı 2:1 hesablı qələbə Ronaldonun 96-cı sevinci olub. Bununla da portuqaliyalı sabiq komanda yoldaşı İker Kasilyasın rekordunu yeniləyib. Qapıçının hesabında 95 qələbə var.

 

Qeyd edək ki, Ronaldo 154, Kasilyas 171 matçda bu qədər qələbəyə şahid olub.