Boksçumuz Avropa çempionu olub, Olimpiadaya lisenziya qazandı

Boksçumuz Avropa çempionu olub, Olimpiadaya lisenziya qazandı
26-04-2018 / 09:17 DÖYÜŞ NÖVLƏRİ
1062

İtaliyanın Rozeto-deli-Abrutsi şəhərində gənc boksçular arasında Avropa birinciliyinə yekun vurulub. Apasport.az Boks Federasiyasının saytına istinadən məlumat verir ki, Azərbaycan millisi yarışı 1 qızıl və 1 gümüş medalla başa vurub.

 

Vaqif Şirinovun yetirmələrindən Nurlan Səfərov (60 kq) Avropa çempionu tituluna yiyələnib. Həmyerlimiz gərgin keçən final döyüşündə ukraynalı Taras Bondarçuku 3:2 (29:28, 29:28, 27:30, 29:28, 27:30) hesabı ilə məğlub edib. Bu qələbə boksçumuza qızıl medalla yanaşı, bu ilin oktyabrında Argentinanın paytaxtı Buenos Ayresdə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya da qazandırıb.

 

Yığmamızın 69 kq-dakı təmsilçisi Nicat Həsənov isə ikinci yerlə kifayətlənib. O, finalda rusiyalı Cambulat Bijamova 0:5 (27:30, 28:20, 27:30, 27:30, 27:30) hesabı ilə məğlub olub.

 

Ölkəmiz 1 qızıl və 1 gümüş medalla yığmaların komanda hesabında 6-cı yeri tutub.