NBA: “Klivlend” son saniyədə sevindi, “Hyuston” yarımfinalda - VİDEO

NBA: “Klivlend” son saniyədə sevindi, “Hyuston” yarımfinalda - VİDEO
26-04-2018 / 10:24 TOP OYUNLARI
94

Milli Basketbol Assosiasiyasının (NBA) çempionatında pley-off mərhələsinin ilk turu davam edir. Apasport.az saytının məlumatına görə, növbəti oyun günündə dörd qarşılaşma keçirilib.

 

Şərq konfransında müntəzəm çempionatı lider kimi tamamlayan “Toronto Reptors” “Vaşinqton Vizards” üzərində üçüncü qələbəsini qazanaraq, seriyada üstünlüyü yenidən ələ alıb. “Klivlend Kavalyers” isə Lebron Ceymsin son saniyə basketi sayəsində “İndiana Peysers”i məğlub edib.

 

Qərbdə də iki görüş oynanılıb. Matçın gedişində böyük fərqlə geri düşməsinə baxmayaraq, “Yuta Caz” üzərində qələbə qazanmağı bacaran “Oklahoma-Siti Tander” seriyanı ən azı bir matç daha uzadıb. Müntəzəm çempionatı konfrans birincisi kimi bitirən “Hyuston Rokets” isə “Minnesota Timbervulvz” üzərində dördüncü qələbəsini qazanaraq, mərhələ adlayıb.

 

NBA
Pley-off, ilk tur
Şərq konfransı

“Klivlend Kavalyers” – “İndiana Peysers” – 98:95

“Klivlend”: Ceyms (44 xal, 10 ribaund, 8 assist, 1 top oğurlama, 1 blok)

“İndiana”: Sabonis (22 xal, 5 ribaund, 2 assist, 1 top oğurlama)

Seriyada hesab: 3-2 (“Klivlend”)

 

“Toronto Reptors” – “Vaşinqton Vizards” – 108:98

“Toronto”: DeRozan (32 xal, 5 assist, 2 ribaund)

“Vaşinqton”: Voll (26 xal, 9 ribaund, 9 assist, 3 blok, 1 top oğurlama)

Seriyada hesab: 3-2 (“Toronto”)

 

Qərb konfransı

“Oklahoma-Siti Tander” – “Yuta Caz” – 107:99

“Oklahoma-Siti”: Vestbruk (45 xal, 15 ribaund, 7 assist)

“Yuta”: Mitçell (23 xal, 5 ribaund, 3 assist, 3 top oğurlama, 1 blok)

Seriyada hesab: 3-2 (“Yuta”)

 

“Hyuston Rokets” – “Minnesota Timbervulvz” – 122:104

“Hyuston”: Kapela (26 xal, 15 ribaund, 1 assist, 1 blok)

“Minnesota”: Tauns (23 xal, 14 ribaund, 4 assist, 1 blok)

Seriyada hesab: 4-1 (“Hyuston” konfrans yarımfinalına vəsiqə qazanıb)