NHL: Sonuncu vəsiqə “Boston”a qismət oldu

NHL: Sonuncu vəsiqə “Boston”a qismət oldu
26-04-2018 / 10:26 DİGƏR NÖVLƏR
62

Milli Xokkey Liqasının (NHL) çempionatında pley-off mərhələsinin ilk turuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, konfrans yarımfinallarına sonuncu vəsiqənin sahibi müəyyənləşib.

 

Şərq konfransında “Boston Bryuinz” “Toronto Meypl Lifs”lə qarşılaşıb. Üçüncü periodda nümayiş etdirdiyi oyun sayəsində geri dönüş edərək, qələbə qazanan “Boston” seriyanı 4:3 öndə bitirib və konfrans yarımfinalında “Tampa-Bey Laytninq”ə rəqib olub.

 

NHL

Pley-off, ilk tur

 

“Boston Bryuinz” – “Toronto Meypl Lifs” – 7:4

 

Seriyada hesab: 4-3 (“Boston” konfrans yarımfinalına vəsiqə qazanıb)