Karlo Ançelotti oğlunu da yığmaya gətirir

Karlo Ançelotti oğlunu da yığmaya gətirir
26-04-2018 / 11:09 FUTBOL
311

İtaliya Futbol Federasiyası və Karlo Ançelotti arasında keçirilən danışıqlar zamanı 58 yaşlı mütəxəssisin yığmaya təyinatı məsələsi müzakirə olunub. Apasport.az saytının “La Gazzetta dello Sport”a istinadən məlumatına görə, Ançelotti texniki heyətində yer almasını istədiyi adamların siyahısını federasiyaya təqdim edib.

 

Ançelotti Andrea Pirlonun xidmətindən istifadə etmək niyyətindədi. Həmçinin, italyan çalışdırıcının köməkçi-məşqçilər üçün olan siyahısında oğlu – Davide Ançelottinin adı da yer alıb.

 

Ançelottinin aprelin sonuna qədər yekun qərarını açıqlayacağı gözlənilir.

 

Qeyd edək ki, 27 yaşlı Davide Ançelotti daha öncə atasının rəhbərliyi altında PSJ, “Real” və “Bavariya” kimi komandalarda məşqçilik edib.