Yığmamız beynəlxalq turnirə qatılacaq

Yığmamız beynəlxalq turnirə qatılacaq
26-04-2018 / 13:10 FUTBOL
109

Slovakiyada 2000-ci il təvəllüdlü futbolçulardan ibarət yığma komandalar arasına beynəlxalq turnir keçiriləcək. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, 7-11 may tarixlərində təşkil olunacaq “Slovakia Cup 2018” turnirində Azərbaycanın U-19 yığması çıxış edəcək.

 

8 komandanın  qatılacağı yarışda həmçinin, Slovakiya, Uels, Macarıstan, ABŞ, Çexiya, Ukrayna və Qazaxıstan yığmaları da mübarizə aparacaq. Azərbaycan yığması meydan sahibləri, Uels və Macarıstanla birgə A qrupunda yer alıb:

 

A qrupu: Azərbaycan, Slovakiya,  Uels, Macarıstan
B qrupu: ABŞ, Çexiya, Ukrayna, Qazaxıstan

 

7 may
14:00. Azərbaycan – Macarıstan

 

8 may
14:00. Azərbaycan – Uels 

 

10 may
14:00. Slovakiya – Azərbaycan

 

Qeyd: Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.