“Formula-1” pilotları “Niva”da - FOTO

“Formula-1” pilotları “Niva”da - FOTO
26-04-2018 / 15:08 DİGƏR NÖVLƏR
454

“Formula-1” komandası “Red Bull”un pilotları Daniel Rikkardo və Maks Ferstappenin iştirakı ilə Azərbaycan Qran-prisi öncəsində qeyri-adi promo-aksiya keçirilib. Apasport.az saytının məlumatına görə, “Red Bull Racing”in tvitter səhifəsində onların Bakıda “Niva” markalı avtomobillə çəkilmiş fotoları yayılıb.

 

Rikkardo və Ferstappen “Red Bull” bolidləri tərzində boyanmış və üzərində “Mənim digər avtomobilim RB14-dü” etiketi olan “Niva”nı sınaqdan keçiriblər.

 

Qeyd edək ki, sabah ilkin sınaq yürüşləri, aprelin 28-də isə sıralama turu keçiriləcək. Nəhayət, aprelin 29-da Azərbaycan Qran-prisinin qalibi müəyyənləşəcək.