"Bavariya" və Almaniya millisi üçün ağır itki

26-04-2018 / 17:01 FUTBOL
457

"Bavariya"nın müdafiəçisi Jerom Boatenqin hansı müddətə yaşıl meydanlardan uzaq qalacağı bəlli olub. Apasport.az saytının "Bild"ə istinadən məlumatına görə, almaniyalı futbolçu 4-6 həftə oynaya bilməyəcək.

 

Boatenqin hətta dünya çempionatını qaçırmaq ehtimalı da var.

 

Qeyd edək ki, Jerom Boatenq Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk görüşləri çərçivəsində "Real"la oynanan matçda zədələnərək, meydanı tərk etmək məcburiyyətində qalmışdı.