“Qələbə ən yaxşı hədiyyə olardı” – FOTO

“Qələbə ən yaxşı hədiyyə olardı” – FOTO
27-04-2018 / 01:41 STOLÜSTÜ OYUNLAR
104

Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess 2018” superturnirində VII tur sona çatıb. Apasport.az saytının turnirin mətbuat xidmətinə istinadən məlumatına görə, Azərbaycan şahmatçısı Rauf Məmmədov Hollandiya təmsilçisi Aniş Giriylə heç-heçə oynayıb.

 

Matçdan sonra açıqlama verən Rauf fikirlərini bölüşüb: “Doğum günündə qələbə ən yaxşı hədiyyə olardı. Ardıcıl 7 tur heç-heçə etmişəm. Nəhayət qələbə qazanmaq istəyirdim. Təəssüf alınmadı. Ad günündə təbrik edən dostlara təşəkkür edirəm. Üç il əvvəl ad günündə Şəmkirdə Maqnus Karlsenə uduzmuşdum. 14 il əvvəl Anton Korobova qalib gəldim, vaxtı başa çatdığı üçün məğlub oldu. Bu gün isə Aniş üstünlük qazansa da, davam etdirə bilmədi. Sonda heç-heçə qeydə alındı. Fikrimcə doğum günündə baş verənlər həmişə insana təsir edir. Xoş hadisələr sevindirir”.