Maqnus Karlsenin 3-cü çempionluğu - YENİLƏNİB

Maqnus Karlsenin 3-cü çempionluğu - YENİLƏNİB
28-04-2018 / 19:20 STOLÜSTÜ OYUNLAR
4317

Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2018” turnirinə yekun vurulub. Apasport.az saytının məlumatın görə, yarışın qalibi adını norveçli şahmatçı Maqnus Karlsen qazanıb.

 

O, superturnirin sonuncu – IX turunda çinli Dinq Liren ilə üz-üzə gəlib. Matç heç-heçə ilə yekunlaşsa da, dünya çempionu V dəfə təşkil olunan Vüqar Həşimov Memorialının birincisi adına yiyələnib. Bu, Karlsenin analoji yarışda üçüncü qələbəsidi.

 

Norveçlinin son turdakı rəqibi Liren ikinci yerə sahib olduğu halda, “üçlüy”ü Sergey Karyakin qapayıb.

 

Son turdakı oyunlara gəlincə, azərbaycanlı qrossmeysterlər Rauf Məmmədovla Şəhriyar Məmmədyarov dueli heç-heçə bitib. Digər təmsilçimiz – Teymur Rəcəbov isə 9-cu görüşdən də “sülh”lə ayrılıb. O, autsayder David Navara xalı yarı bölüb.

 

Millimizin üzvləri Şəhriyar Məmmədyarov 4.5 xalla 4-cü, onunla eyni xalı toplayan Teymur Rəcəbov 7-ci, 4 xalı olan Rauf Məmmədov isə 9-cu olub.

 

“Shamkir Chess 2018”

IX tur

 

28 aprel

David Navara (Çexiya, 2745) - Teymur Rəcəbov (Azərbaycan, 2748) - 0,5:0,5

Rauf Məmmədov (Azərbaycan, 2704) - Şəhriyar Məmmədyarov (Azərbaycan, 2814) - 0,5:0,5

Maqnus Karlsen (Norveç, 2843) - Dinq Liren (Çin, 2778) - 0,5:0,5

Radoslav Voytaşek (Polşa, 2744) - Aniş Giri (Hollandiya, 2777) - 0,5:0,5

Sergey Karyakin (Rusiya, 2778) - Veselin Topalov (Bolqarıstan, 2749) - 1:0

 

Turnir cədvəli: Karlsen – 6 xal; Liren – 5.5; Karyakin – 5; Məmmədyarov, Voytaşek, Giri, Rəcəbov – 4.5; Topalov, Məmmədov – 4; Navara – 2,5.