Maqnus Karlsen – Şəhriyar Məmmədyarov - 3:2

Maqnus Karlsen – Şəhriyar Məmmədyarov - 3:2
28-04-2018 / 14:50 STOLÜSTÜ OYUNLAR
185

Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2018” turnirində qalibin adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, çempion IX tur çərçivəsində keçirilən Maqnus Karlsen (Norveç, 2843) - Dinq Liren (Çin, 2778) görüşünün nəticəsinə əsasən müəyyənləşib.

 

Belə ki, bu qarşılaşmada asiyalı 1 xal qazanacağı halda, birinci olacaqdı. Lakin dünyanın ən güclüsü olan Karlsen ona bu şansı verməyib və şahmatçılar heç-heçəyə razılaşıblar.

 

Beləliklə, xalını 6-ya çatdıran Karlsen rəqibləri üçün əlçatmaz olub və çempionluğunu rəsmiləşdirib. Bu zəka sahiblərinin xalları yarı bölməsi turnirdə ikinci yerin sahibinin də adına aydınlıq gətirib. Liren 5,5 xal toplamaqla ən yaxın izləyicilərini 1,5 xal qabaqlayır ki, son turun davam edən 3 qarşılaşmasında da heç bir şahmatçı ona çata bilməyəcək.

 

Çempionluq “Shamkir Chess”də vahid rekordçunu da müəyyənləşdirib. İndiyədək Karlsenlə (2014, 2015) Məmmədyarov (2016, 2017) hərəyə iki dəfə analoji yarışın qalibi olmaqla birinciliyə şərik idilərsə, 5-ci cəhddə norveçli qrossmeyster həmyerlimizi qabaqlayıb.