NHL: "Vaşinqton" və "Vinnipeq" öndə

NHL:
02-05-2018 / 15:32 DİGƏR NÖVLƏR
134

Milli Xokkey Liqasının (NHL) çempionatında konfrans yarımfinalları davam edir. Apasport.az saytının məlumatına görə, növbəti oyun günündə 2 qarşılaşma keçirilib.

 

Şərq konfransında səfərdə "Pittsburq Pinqvinz"i məğlub edən "Vaşinqton Kepitalz" seriyada önə keçib. Qərbdə isə doğma meydanda "Neşvill Predatorz"u məğlub edən "Vinnipeq Jets" üstünlüyü ələ alıb.

 

NHL

Pley-off

Şərq konfransı

"Pittsburq Pinqvinz" - "Vaşinqton Kepitalz" - 3:4

Seriyada hesab: 2-1 ("Vaşinqton")

 

Qərb konfransı

"Vinnipeq Jets" - "Neşvill Predatorz" - 7:4

Seriyada hesab: 2-1 ("Vinnipeq")