NHL: "Pittsburq" evdə, "Neşvill" səfərdə sevindi

NHL:
04-05-2018 / 10:46 DİGƏR NÖVLƏR
66

Milli Xokkey Liqasının (NHL) çempionatında konfrans yarımfinalları davam edir. Apasport.az saytının məlumatına görə, növbəti oyun günündə iki qarşılaşma keçirilib.

 

Şərq konfransında "Pittsburq Pinqvinz" "Vaşinqton Kepitalz"ı məğlub edib. Qərbdə isə "Neşvill Predatorz" səfərdə "Vinnipeq Jets"ə qalib gəlib. Hər iki seriyada hesab bərabərdi - 2:2.

 

NHL

Pley-off

Şərq konfransı, yarımfinal

"Pittsburq Pinqvinz" - "Vaşinqton Kepitalz" - 3:1

Seriyada hesab - 2:2

 

Qərb konfransı, yarımfinal

"Vinnipeq Jets" - "Neşvill Predatorz" - 1:2

Seriyada hesab - 2:2