Rusiya millimizi qabaqladı

Rusiya millimizi qabaqladı
07-05-2018 / 09:08 DÖYÜŞ NÖVLƏRİ
142

Rusiyanın Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışın son 3 günündə sərbəst güləşçilər mübarizə aparıblar.


Yığma komandamız çempionatı 2 qızıl, 2 gümüş və 4 bürünc medalla başa vurub. 

Çempion tituluna Georgi Edişeraşvili (57 kq) və Hacı Əliyev (65 kq) yiyələniblər. Aleksandr Qostiyev (86 kq) və Şərif Şərifov (92 kq) gümüş medalla kifayətlənib. Bürünc medalları isə yığmamıza Murtuz Müslümov (70 kq), Cəbrayıl Həsənov (79 kq), Nurməhəmməd Hacıyev (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) qazandırıb. 

Bu nəticə ilə yığmamız komanda hesabında 160 xal toplayaraq Avropa ikincisi olub. Rusiya 204 xalla birinci, Türkiyə 125 xalla üçüncü olub.