Ramil Quliyev mövsümə 3-cü yerlə başladı

Ramil Quliyev mövsümə 3-cü yerlə başladı
07-05-2018 / 10:02 ATLETİKA
137

Atletika üzrə dünyanın məşhur yarışlarından olan “Brilyant Liqa”ya start verilib. Apasport.az saytının məlumatına görə, 14 mərhələdən ibarət turnirin ilk sınağı Dohada baş tutub.

 

Yarış Türkiyə millisinin şərəfini qoruyan azərbaycanlı atlet Ramil Quliyev üçün uğursuz alınıb. 200 m məsafəyə qaçışda dünya çempionu olan həmyerlimiz Dohada finiş xəttinə birinci çata bilməyib. O, yeni mövsümdə eyni məsafəni 20,11 saniyəyə qət etməklə, 3-cü olub. Yarışın qalibi Noa Liles (ABŞ) Quliyevi 0,28 saniyə qabaqlayıb. İkinci yerdə isə trinidad və tobaqolu Jereem Riçards (19,99) qərarlaşıb.