DÇ-2018: Avstraliya millisinin ilkin heyəti açıqlandı

DÇ-2018: Avstraliya millisinin ilkin heyəti açıqlandı
07-05-2018 / 12:02 DÇ-2018
334

Dünya çempionatı yaxınlaşdıqca yığma komandalar heyətlərini açıqlamağa başlayırlar. Apasport.az saytının məlumatına görə, Avstraliya millisi ilkin iştirak ərizəsini açıqlayıb. Bert van Marveykin siyahısında aşağıdakı futbolçular yer alıb:

 

Qapıçılar: Mettyu Rayan (“Brayton”), Denni Vukoviç (“Qenk”), Bred Cons (“Feyenoord”), Mitç Lanqerak (“Naqoya”).

 

Müdafiəçilər: Aziz Behiç (“Bursaspor”), Miloş Deqenek (“Yokohama”), Mettyu Yurman (“Suvon”), Ceyms Meredit (“Miluoll”), Coş Risdon (“Vestern Sidney”), Trent Seynsberi (“Qrasshoper”), Aleksandar Şuşnyar (“Mlada-Boleslav”), Beyli Rayt (“Bristol Siti”), Fran Karaçiç (“Lokomotiv”), Aleks Qerbax (“Lans”).

 

Yarımmüdafiəçilər: Tim Keyhill (“Miluoll”), Coşua Brillant (“Sidney”), Mayl Yedinak (“Aston Villa”), Cekson İrvayn (“Hall”), Robbi Kruz (“Bohum”), Massimo Luonqo (KPR), Mark Milliqan (“Əl-Əhli”), Aaron Muy (“Haddersfild”), Tom Roqiç (“Seltik”), Ceyms Troysi (“Melburn Siti”).

 

Hücumçular: Tomi Yuriç (“Lüçern”), Mettyu Lekki (“Herta”), Endru Nabbut (“Urava”), Nikita Rukaviça (“Makkabi H”), Dimitri Petratos (“Nyukasl Jets”), Daniel Arzani (“Melburn”), Ceymi Maklaren (“Haybernian”), Apostolos Yanni (AEK).