NHL: İlk konfrans finalçıları müəyyənləşdi

NHL: İlk konfrans finalçıları müəyyənləşdi
07-05-2018 / 13:10 DİGƏR NÖVLƏR
79

Milli Xokkey Liqasının (NHL) çempionatında konfrans yarımfinalları davam edir. Apasport.az saytının məlumatına görə, növbəti oyun günündə iki qarşılaşma keçirilib.

 

Şərq konfransında "Tampa-Bey Laytninq" "Boston Bruinz"i məğlub edərək, seriyanı 4:1 üstün tamamlayıb və adını konfrans finalına yazdırıb. Qərb konfransının ilk finalçısı isə "Veqas" olub. "Qolden Nayts" səfərdə "San-Xose Şarks" üzərində 4-cü qələbəsini qazanaraq, həlledici oyuna vəsiqə əldə edib.

 

NHL

Pley-off

Şərq konfransı, yarımfinal

"Tampa-Bey Laytninq" - "Boston Bruinz" - 3:1

Seriyada hesab - 4:1 ("Tampa-Bey" konfrans finalına yüksəlib)

 

Qərb konfransı, yarımfinal

"San-Xose Şarks" - "Veqas Qolden Nayts" - 0:3

Seriyada hesab - 4:2 ("Veqas" konfrans finalına yüksəlib)