Atletimiz “Brilyant Liqa”da 3-cü oldu

Atletimiz “Brilyant Liqa”da 3-cü oldu
07-05-2018 / 15:00 ATLETİKA
186

Azərbaycan yığmasının atleti Aleksis Kopello ölkəmizə növbəti uğuru qazandırıb. Apasport.az saytının məlumatına görə, milliləşdirilmiş legioner “Brilyant Liqa”nın Dohada keçirilən ilk mərhələsində "üçlük"də yer alıb.

 

O, üçtəkanla tullanmada 3-cü olub. Kuba əsilli təmsilçimiz 17,21 m nəticə göstərib. Kopello çempion Pedro Rikardodan (Kuba) 0,74 m, ikinci pillədə qərarlaşan Kristian Teylordan (ABŞ) 0,60 m az tullanıb.

 

Qeyd edək ki, bu nəticə Aleksisə 6 xal qazandırıb.