Milli oyunçuları çempion oldular

Milli oyunçuları çempion oldular
10-05-2018 / 09:16 TOP OYUNLARI
319

Pirşağı Həyat İstirahət Mərkəzində çimərlik voleybolu üzrə Heydər Əliyevin doğum gününə həsr olunmuş turnir keçirilib. Apasport.az Azərbaycan Voleybol Federasiyasının feysbuk səhifəsinə istinadən məlumat verir ki, Olimpiya sistemi üzrə baş tutan yarışda 20 kişi, 11 qadın komandası qüvvəsini sınayıb.

 

Xanımların mübarizəsində "İl Azero" çempion tituluna yiyələnib. Kəmalə Əsgərova və Lyubov Qaluşkodan ibarət cütlük həlledici görüşdə Səbinə və Kameyla Mustafayevalardan ibarət "Sofi"yə qalib gəlib. İlk "3-lüy"ü AVF (Dünya Vəliyeva və Fidan Ağaməmmədova) qapayıb.

 

Kişi voleybolçuların oyunu daha gərgin alınıb. Bu yarışda əsas yığmamızın üzvləri Pərviz Səmədov və Tural Həsənlidən ibarət "Taleh-1" bütün rəqiblərindən güclü olub. İkinci yeri "Sərhədçi" (Cavid Süleymanov və Aqil Ağayev), üçüncü pilləni isə "Taleh-2" (Purya Yazdenpenah və Asif Əliyev) tutub.