Rəqibimiz Serbiya ilə bacarmadı

Rəqibimiz Serbiya ilə bacarmadı
10-05-2018 / 10:00 TOP OYUNLARI
130

Qadın voleybolçulardan ibarət Bolqarıstan millisi Serbiya ilə 2 yoxlama matçı keçirib. Apasport.az saytının məlumatına görə, Qızıl Avropa Liqasında Azərbaycan yığmasının rəqibi hər 2 görüşdə məğlubiyyətə üzülüb.

 

Belə ki, balkanlılar ilk matçda 1:3 (17:25, 14:25, 23:25, 27:25) hesabı ilə uduzublar. Bu görüşün ertəsi gün baş tutan qarşılaşmada da eyni hesab qeydə alınıb - 1:3 (13:25, 25:23, 19:25, 25:27).

 

Qeyd edək ki, Azərbaycan Bolqarıstanla mayın 26-da səfərdə, 30-da evdə oynayacaq.