“İspaniya ilə matç Azərbaycana qarşı necə oynayacağımızı müəyyənləşdirəcək”

“İspaniya ilə matç Azərbaycana qarşı necə oynayacağımızı müəyyənləşdirəcək”
10-05-2018 / 14:30 TOP OYUNLARI
205

“Qızıl Avropa Liqasına hazırlığımız yüksək səviyyədə keçir. Vyana-du-Kaşteluda baş tutan təlim-məşq toplanışından tam razı qaldım”. Apasport.az saytının məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Portuqaliya millisinin baş məşqçisi Manuel Almeyda deyib.

 

44 yaşlı mütəxəssis Qızıl Avropa Liqası öncəsi fikirlərini açıqlayıb. O bildirib ki, Azərbaycan, Ukrayna və Bolqarıstanla matçlarda “asan yem” olmayacaqlar: “Hazırlıqdakı gündəlik məşqlər qarşıdakı turnirə hazırlıq baxımından çox faydalı oldu. Əla balanslaşmış heyətə malikik. Düşünürəm ki, artıq hər 3 rəqibə ciddi müqavimət göstərə biləcək komanda yaratmağa nail olmuşuq. Gündən-günə inkişaf etməyə çalışırıq. Bütün bunlar gələn həftə start götürəcək Qızıl Avropa Liqasında tam hazır vəziyyətdə olmaq üçün kömək edəcək”.

 

Almeydanın sözlərinə görə, qarşıdakı son yoxlama matçından sonra hansı rəqibə qarşı necə oynayacaqlarını da müəyyənləşdirəcəklər: “Həftəsonu, mayın 12-də və 13-də İspaniya ilə gücümüzü yoxlayacağıq. Məhz həmin qarşılaşmalar bizim hazırkı səviyyəmizi dəyərləndirməyə xidmət edəcək. Bundan sonra Azərbaycan, Ukrayna və Bolqarıstan kimi güclü komandalarla necə və hansı heyətlə oynayacağımızı biləcəyik. O da məlum olacaq ki, belə rəqiblərlə hücum, yoxsa müdafiədən çıxış edək”.

 

Qeyd edək ki, Qızıl Avropa Liqası mayın 19-da start götürəcək.