Taekvondoçumuz Avropa çempionatında bürünc medal qazandı

Taekvondoçumuz Avropa çempionatında bürünc medal qazandı
10-05-2018 / 17:40 DÖYÜŞ NÖVLƏRİ
276

Bu gün Rusiyanın Kazan şəhərində taekvondo üzrə Avropa çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi yarışın ilk gününü medalla başa vurub.

 

Belə ki, 49 kq çəki dərəcəsində mübarizə aparan Patimat Abakarova bolqarıstanlı Nikol Çorbanovanı və rusiyalı Svetlana İqumenovanı məğlub edərək, yarımfinala vəsiqə qazanıb. Lakin Olimpiya mükafatçımız bu uğurunu davam etdirə bilməyib. O, finala gedən yolda Kristina Tomiçə (Xorvatiya) məğlub olaraq, bürünc medalla kifayətlənib.

 

Digər taekvondoçularımızdan Qaşım Maqomedov (58 kq) böyük britaniyalı idmançını yarışdan kənarlaşdırsa da, ispan rəqibini məğlub edə bilməyib. Xanoğlan Kərimovla (54 kq) və Fatimə Şabannya Mansur (46 kq ) isə ilk qarşılaşmadan məğlub ayrılıb.