DÇ-2018: Braziliya Rusiyaya itki ilə yollanacaq

DÇ-2018: Braziliya Rusiyaya itki ilə yollanacaq
11-05-2018 / 23:12 DÇ-2018
485

Braziliya millisinin müdafiəçisi Dani Alvesin DÇ-2018-i buraxacağı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Fransanın PSJ klubunun futbolçusu zədə üzündən Rusiyadakı mundialda iştirak edə bilməyəcək.

 

Bunu Braziliya Futbol Konfederasiyasının mətbuat xidməti açıqlayıb. Bildirilir ki, Dani zədədən sonra mundialadək tam bərpa oluna bilməyəcək.

 

Alves Fransa kubokunun “Le Erbye” ilə final oyununda (2:0) zədələdiyi üçün bu durumla üzləşib. Bu da onun iyunun 14-dən iyulun 15-dək keçiriləcək turnirə yolunu bağlayıb.

 

Qeyd edək ki, Dani cari mövsümdə 41 oyunda 5 qol vurub.