DÇ-2018: İslandiya “23-lüy”ü açıqladı

DÇ-2018: İslandiya “23-lüy”ü açıqladı
12-05-2018 / 00:19 DÇ-2018
305

İslandiya millisinin DÇ-2018 üçün iştirak ərizəsi açıqlanıb. Apasport.az saytının məlumatına görə, siyahıda 23 futbolçu yer alıb.

 

“23-lük”də daxili çempionatda çıxış edən yalnız bir futbolçu var. Bu da müdafiəçi Birkir Sevarssondu.

 

Qapıçılar: Hannes Halldourson ("Randers", Danimarka), Runar Aleks Runarsson ("Nordsyelland", Danimarka), Frederik Şram ("Roskilmde", Danimarka);

 

Müdafiəçilər: Kari Arnason (“Aberdin”, Şotlandiya), Sverrir İnqason, Raqnar Siqurdsson (hər ikisi “Rostov”, Rusiya), Herdur Maqnusson (“Bristol Siti”, İngiltərə), Birkir Sevarsson (“Valyur”), Ari Freyr Skulason (“Lokeren”, Belçika), Samuel Fridyonsson (“Volorenqa”, Norveç), Holmar Eyuyolfsson (“Levski”, Bolqarıstan);

 

Yarımmüdafiəçilər: Birkir Byadnason (“Aston Villa”, İngiltərə), Rurik Qislason (“Zandhauzen”, Almaniya), Yohan Qvyudmundsson (“Bernli”, İngiltərə), Aron Eynar Qyunnarsson (“Kardiff”, İngiltərə), Qilfi Tour Siqurdsson (“Everton”, İngiltərə), Olafur İnqi Skulason (“Karabükspor”, Türkiyə), Arnor Traustason (“Malmö”, İsveç), Emil Hallfredsson (“Udineze”, İtaliya);

 

Hücumçular: Yon Daudi Bedvarsson (“Ridinq”, İngiltərə), Albert Qudmundsson (PSV, Hollandiya), Byorn Siqurdson (“Rostov”, Rusiya), Alfred Finnboqason (“Auqsburq”, Almaniya).

 

Qeyd edək ki, İslandiya DÇ-2018-də Argentina, Nigeriya və Xorvatiya ilə eyni qrupda mübarizə aparacaq.