“Zenit” ardıcıl 4-cü dəfə Çempionlar Liqasını qazandı

“Zenit” ardıcıl 4-cü dəfə Çempionlar Liqasını qazandı
14-05-2018 / 09:41 TOP OYUNLARI
471

Kişi voleybolçular arasında Çempionlar Liqasının qalibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, çempion adına Rusiyanın “Zenit” klubu sahib olub.

 

“Dördlər finalı”na ev sahibliyi edən Kazan təmsilçisi finalda “Lyube Çivitanova”ya (İtaliya) qalib gəlib - 3:2 (29:27, 18:25, 23:25, 25:23, 17:15). Bununla da “Zenit” 6-cı, ardıcıl 4-cü dəfə qitənin ən güclüsü adına yiyələnib.

 

Üçüncü yeri isə “Zaksa”nı (Polşa) məğlub edən “Peruca” (İtaliya) tutub. Onlar da 3:2 (17:25, 29:27, 19:25, 25:23, 15:7) hesabı ilə qələbə qazanıblar.

 

Çempionlar Liqasının ən dəyərli voleybolçusu isə “Zenit”in üzvü Maksim Mixaylov seçilib.