DÇ-2018: Finlandiya uduzdu, Çexiya növbəti mərhələdə

DÇ-2018: Finlandiya uduzdu, Çexiya növbəti mərhələdə
14-05-2018 / 11:38 DİGƏR NÖVLƏR
427

Kişi xokkeyçilərin Danimarkada keçirilən dünya çempionatında mübarizə davam edir. Apasport.az saytının məlumatına görə, A və B qruplarında 6-cı turun görüşləri keçirilib.

 

A qrupunun lideri İsveç növbəti qələbəsini İsveçrə üzərində qazanıb. Fransanı məğlub edən Çexiya pley-offa vəsiqəni təmin edib.

 

B qrupunda birinci pillənin sahibi ABŞ bu səfər Norveçə şans verməyib - 9:3. Overtayma gedən oyunda isə Almaniya sürprizə imza ataraq, Finlandiyaya qalib gəlib.

 

Dünya çempionatı

Qrup mərhələsi

A qrupu

İsveçrə - İsveç - 3:5

Fransa - Çexiya - 0:6

 

  Komanda adı Oyun Qələbə Məğlubiyyət  V.Q.-B.Q. Xal
  1.  İsveç   6   6        0 28-8  17
2.  Rusiya   5   4        1 27-7  13
3.  Çexiya   6   5        1 23-12  12
4.  İsveçrə   6   3        3 20-18  9
5.  Slovakiya   5   2        3 12-12  8
6.  Fransa   6   2        4 12-24  6
7.  Avstriya   6   1        5 10-26  4
8.  Belarus   6   0        6 4-29  0
 

 

 

B qrupu

Norveç - ABŞ - 3:9

Almaniya - Finlandiya - 3:2 (overtaym)

 

  Komanda adı Oyun Qələbə Məğlubiyyət V.Q.-B.Q. Xal
1. ABŞ   6   6        0 37-10  16
2. Finlandiya   6   4        2 32-9  13
3. Danimarka   6   4        2 13-16  11
4. Kanada   5   3        2 27-11  10
5. Latviya   5   3        2 14-14  9
6. Almaniya   6   2        4 16-17  7
7. Norveç   6   1        5 10-31  3
8. Cənubi Koreya   6   0        6 4-45  0