Məsut Özil və İlkay Gündoğanın prezidentlə görüşü başlarına bəla oldu

Məsut Özil və İlkay Gündoğanın prezidentlə görüşü başlarına bəla oldu
14-05-2018 / 22:13 FUTBOL
750

Almaniya yığmasının türkəsilli iki üzvü – İlkay Gündoğan və Məsut Özilin İngiltərə Türkiyə prezidenti Rəcəp Tayyip Erdoğanla görüşməsi bu ölkənin futbol federasiyası (DFB) tərəfindən qınanılıb. Apasport.az xəbər verir ki, DFB rəsmi saytından məsələ ilə bağlı açıqlama yayaraq bunun etik normalara uyğun olmadığını bildirib.

 

“Futbolçularımızın tarixi köklərinə hörmət edirik, amma onların hansısa bir siyası kampaniyada iştirak etməsinə razı ola bilmərik. Bəlkə də oyunçular bu hərəkətlərinin hansı məqsəd daşıdığından xəbərsizdirlər. Hər halda onlarla ayrılıqda söhbət ediləcək” – DFB rəsmisi bildirib.

 

Qeyd edək ki, Türkiyədə erkən prezident seçkilərinə hazırlaşan Erdoğan Britaniya səfəri zamanı “Mançester Siti”də çıxış edən İlkay və “Arsenal”ın üzvü Məsutla görüşüb.