DÇ-2018: Braziliyada Neymar var, Alves yox

DÇ-2018: Braziliyada Neymar var, Alves yox
14-05-2018 / 22:27 DÇ-2018
2393

Braziliya yığmasının baş məşqçisi Tite dünya çempionatına yollanacaq heyəti açıqlayıb. Apasport.az saytının məlumatına görə, heyətə fevralda ciddi zədələnən mövsümün qalan hissəsini boşa verən Neymar da düşüb.

 

Ümumilikdə isə fevralın 16-da adları açıqlanmış 15 oyunçudan biri - zədəli Dani Alves heyətdən çıxarılıb, daha 9 futbolçu əlavə olunaraq siyahı 23 nəfərə çatdırılıb.

 

Qapıçı: Alisson (“Roma”), Ederson (“Mançester Siti”), Kasio (“Korintians”)

 

Müdafiəçilər: Danilo (“Mançester Siti”), Faqner (“Korintians”), Markinyoş, Tiaqo Silva (hər ikisi PSJ), Miranda ("İnter"), Marselo ("Real"), Pedro Jeromel (“Qremio”), Filipe Luis (“Atletiko”)

 

Yarımmüdafiəçilər: Kasemiro (“Real”), Paulinyo, Koutinyo (hər ikisi "Barselona"), Villian ("Çelsi"), Fernandinyo ("Mançester Siti"), Renato Auqusto ("Beyçzin Qoan"), Fred (“Şaxtyor”)

 

Hücumçular: Neymar (PSJ), Qabriel Jezuş ("Mançester Siti"), Firmino ("Liverpul"), Duqlas Kosta (“Yuventus”), Tayson (“Şaxtyor”)

 

Qeyd edək ki, Braziliya yığması dünya çempionatında Kosta-Rika, Serbiya və İsveçrə ilə bir qrupda yer alacaq.