Daha bir ağırlıqqaldıranımız dopinqdə “ilişdi”

Daha bir ağırlıqqaldıranımız dopinqdə “ilişdi”
15-05-2018 / 08:55 ATLETİKA
2026

Azərbaycan millisinin daha bir ağırlıqqaldıranda dopinq aşkarlanıb. Apasport.az saytının məlumatına görə, bu dəfə 19 yaşlı İsa Rüstəmovun orqanizmində istifadəsi qadağan olunan preparat aşkarlanıb.

 

Belə ki, həmyerlimizdən götürülən dopinq-test müsbət nəticə verib. 69 kq çəki dərəcəsində mübarizə aparan Rüstəmovun boldenone preparatından istifadə etdiyi məlum olub. Bu səbəbdən də Beynəlxalq Ağırlıqqaldırma Federasiyası ağırlıqqaldıranımızı 4 illik diskvalifikasiya edib. İdmançının cəza müddəti 2017-ci il noyabrın 24-dən başlayıb və 2021-ci ilin eyni günündə başa çatacaq.

 

Qeyd edək ki, Rüstəmov ötən ildən gənclər yığmamızın şərəfini qoruyur. O, 2017-ci ilin iyununda dünya və oktyabrında Avropa birinciliyinə qatılıb. İsanın ən yaxşı nəticəsi Albaniyada baş tutan qitə çempionatında qeydə alınıb. O, 6-cı yeri tutub.