Yüksək Liqada mövsümə yekun vuruldu - YENİLƏNİB

Yüksək Liqada mövsümə yekun vuruldu - YENİLƏNİB
15-05-2018 / 16:48 FUTBOL
4387

Bu gün futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasında 2017/18 mövsümünə yekun vurulub. Apasport.az saytının məlumatına görə, XXVIII turun qarşılaşmaları Bakı İdman Sarayında baş tutub.

 

Çempionatın autsayderi “Xəmsə” çempion “Araz”la matça çıxmadığından tur çərçivəsində 3 deyil, 2 qarşılaşma baş tutub. Həmin görüşlə bağlı qərarı isə İntizam Komitəsi verəcək. Formal xarakter daşıyan turda mükafatı təmin edən komandalar növbəti oyunlarını keçirib.

 

Məhsuldar alınan günə EKOL – “Yasamal” matçı ilə start verilib. Birincilər 7:5 hesablı qələbə qazanıb.

 

Ardınca meydana “Neftçi” və “Marafon Futsal” komandaları çıxıb. Bu görüşdə daha çox qol vurulub. Hərəyə 8 qol vuran komandalar mövsümü məhsuldar sülhlə başa vurub.

 

Yüksək Liqa

XXVIII tur

15 may

“Neftçi” İK – “Marafon Futsal” – 8:8

Qollar: V. İsayev, 25:02, T. İsmayılov, 27:00, 33:20, 37:46, R. Balakişiyev, 28:50, 30:33, 35:43, T. Qurbanov, 38:13 // R. Sultanov, 7:25, 35:34, O. Talebi, 9:52, 26:14, S. Məmmədov, 15:02, İ.Hacıyev, 28:39, 32:40, E. Barati, 33:10
Sarı vərəqə: S. Məmmədov, 39:19

Hakimlər: Elçin Məmmədov, Hikmət Qafarlı, Yusif Nurullayev 
Hakim-inspektor: Ələkbər Məmmədov

Bakı İdman Sarayı

“Neftçi” İK: 23. Elnur Zamanov (q, k), 10. Rüfət Balakişiyev (k), 11. Tural Qurbanov, 94. Oruc Baxşəli, 13. Əjdər Əjdərov, 1. Samir Mehtiyev (q), 8. Vahib Xocayev, 17. Vüsal İsayev, 7. Tural İsmayılov
Baş məşqçi: İlqar Aslanov

“Marafon Futsal”: 2. Kamran Hacıyev (q), 7. İlkin Hacıyev, 9. Omid Talebi, 10. Seymur Məmmədov, 20. Elyas Barati, 12. Kesra Mehdipour (q), 8. Renat Sultanov (k), 11. Hamed Khodaei, 77. Saeid Goodarzi, 22. Tofik Əliyev, 99. Rüstəm Bağırzadə 
Baş məşqçi: Elşad Quliyev

 

EKOL - “Yasamal” İK - 7:5

Qollar: Ə. Ələsgərli,10:39, N. Məmmədkərimov, 14:45, 26:45, 36:10, S. Məstiyev, 18:12, S. Həmzəyev, 27:11, Z. Fərziyev, 36:41 // O. Oraz, 10:18, 24:40, T. Lətifov, 26:10, V. Vorobyov, 31:05, 37:54

Sarı vərəqələr: M. Şahsuvari, 9:02, T. Lətifov, 26:54

Hakimlər: Elçin Səmədli, Yusif Nurullayev, Azad Hüseynov 
Hakim-inspektor: Aslan Həsənov
Bakı İdman Sarayı

EKOL: 1. İntiqam Babayev (q), 4. Fərid Atakişiyev, 9. Əsgər Abasov, 10. Samir Həmzəyev, 11. Namiq Məmmədkərimov (k), 99. Emin Kürdov (q), 14. Zaur Fərziyev, 7. Sərxan Məstiyev, 2. Radik Əhmədov, 13. Taleh Ağayev, 33. Ələsgər Ələsgərli, 17. Fərid Ələkbərov
Baş məşqçi: Radik Əhmədov

“Yasamal” FK: 1. Mohammed Roştani (q), 47. Rəsul Akbari (k), 9. Vladislav Vorobyov, 80. Omid Oraz, 5. Məhəmməd Şahsuvari, 14. Omid Məhəmmədnejat, 8. Tural Lətifov, 2. Mohsan Dinari
Rəhbər: Orxan Allahverdiyev

 

Komanda

O

Q

H

M

T/F

X

1

Araz

23

20

2

1

143-34

62

2

Marafon Futsal

24

15

3

6

109-59

48

3

EKOL

24

15

2

7

107-68

47

4

İtaldizain Futsal

24

9

6

9

105-79

33

5

Neftçi İK

24

8

6

10

75-73

30

6

Yasamal

24

5

1

18

72-154

16

7

Xəmsə

23

0

2

21

49-193

2

 

Bombardir: Tiaqo Telez Bolinya (“Araz”) – 34 qol