Rəqibimiz İspaniyaya qalib gəldi

Rəqibimiz İspaniyaya qalib gəldi
15-05-2018 / 11:35 TOP OYUNLARI
257

Qadın voleybolçular arasında keçiriləcək Qızıl Avropa Liqasında Azərbaycan millisinin rəqibi Portuqaliya yoxlama matçı keçirib. Apasport.az saytının məlumatına görə, prineylilər Viana-du-Kaştelu şəhərində İspaniya yığması ilə üz-üzə gəlib.

 

Qarşılaşma portuqaliyalıların qələbəsi ilə başa çatıb. Onlar İspaniyanı 3:1 (25:20, 25:15, 23:25, 25:19) hesabı ilə məğlub ediblər. Görüşün bombardiri Yuliya Kavalenlenka olub. Portuqaliyalı hücumçunun 20 zərbəsi dəqiq alınıb.

 

Qeyd edək ki, Faiq Qarayevin yetirmələri Portuqaliyanı mayın 23-də qəbul edəcək. Komandalar arasında ikinci görüş isə iyunun 2-də olacaq.