“Keşlə” avrokuboklara buraxıldı

“Keşlə” avrokuboklara buraxıldı
15-05-2018 / 12:32 FUTBOL
3386

Bu gün AFFA-nın  Lisenziya Komissiyasının iclası keçirilib. Apasport.az saytının məlumatına görə, iclasda 2018-2019-cu il mövsümündə UEFA-nın klub turnirlərində iştirak etmək üçün müraciət etmiş “Keşlə”nin sənədlərinə baxılıb.

 

AFFA “Keşlə”yə istisna yanaşmanın tətbiq olunması ilə bağlı UEFA-ya müraciət etmişdi. UEFA müraciətin baxılması üçün  prosesə başlayaraq həm AFFA, həm də “Keşlə” PFK tərəfindən müvafiq sənədlərin toplanmasını və vaxtında UEFA-ya təqdim olunmasını tələb etmişdi. Tələb olunmuş bütün sənədlər UEFA-ya qaydasında və vaxtında təqdim olunub və UEFA müraciəti müsbət cavablandırıb. Bu qərara əsasən, “Keşlə” PFK 2018-19-cu il mövsümündə UEFA lisenziyasını almaq hüququna malikdi.

 

AFFA-nın Lisenziya Komissiyası klubların lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2017) 8-ci maddəsinə əsaslanmış müzakirələrdən sonra qərara alıb ki, “Keşlə”yə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya verilsin.