“Yuventus” ulduz futbolçu axtarışında

“Yuventus” ulduz futbolçu axtarışında
15-05-2018 / 12:56 FUTBOL
294

“Yuventus” yay “transfer pəncərəsi”nə hazırlaşır. Apasport.az saytının “Corriere dello Sport”a istinadən məlumatına görə, “qoca sinyora” heyətini PSJ-nin yarımmüdafiəçisi Marko Verratti və “Çelsi”nin hücumçusu Alvaro Morata ilə gücləndirmək istəyir.

 

“Yuventus” yüksək səviyyəli xavbek axtarışındadı və çempionun siyahısının başında Marko Verrattinin adı gəlir. Sözügedən mövqeyə digər bir namizəd isə adı “Mançester Yunayted”lə hallanan “Latsio”lu Sergey Milinkoviç-Saviçdi.

 

“Yuventus” həmçinin “Çelsi”nin hücumçusu Alvaro Moratanın xidmətində maraqlıdı. İspan futbolçunun özü İtaliyaya qayıtmaq istəsə də, “zadəganlar” onu 60 milyon avrodan aşağı satmaq niyyətində deyilir. “Yuventus” vəziyyətdən çıxış yolu kimi qarşı tərəfə icarə variantını təklif edib.