Arif Əsədov “Sabah”dan ayrıldı

Arif Əsədov “Sabah”dan ayrıldı
15-05-2018 / 13:35 FUTBOL
457

Gələn mövsüm Premyer Liqada iştirak edəcək “Sabah” klubu baş məşqçi Arif Əsədovla yollarını ayırıb. Bu barədə apasport.az saytına mütəxəssis özü məlumat verib.

 

O bildirib ki, bu gün klub rəhbərliyinin nümayəndəsi ilə görüşüb. Məhz bu görüşdə tərəflər yolları ayırmaq qərarına gəliblər: “Rəhbərliyin nümayəndəsi ilə fikirlərimiz üst-üstə düşmədiyi üçün müqavilə müddətinin uzadılmaması qərara alındı. Detallara girmək istəmirəm. İkinci dövrədə kluba yaxın bəzi kadr dəyişikliyi olmuşdu. Bu baxımdan ortaq məxrəcə gələ bilmədik”.

 

Qeyd edək ki, “Sabah” gələn mövsüm Topaz Premyer Liqasında “Kəpəz”i əvəz edəcək.