İnyesta ∞

İnyesta ∞
15-05-2018 / 13:38 FUTBOL
437

“Barselona” Andres İnyestanın vida matçının şərəfinə yeni forma hazırlayıb. Apasport.az saytının klubun tvitter hesabına istinadən məlumatına görə, formanın arxasındakı 8 rəqəmi sonsuzluq işarəsi formasında göstərilib.

 

Sözügedən formalar klubun saytında satışa çıxarılıb.

 

Qeyd edək ki, mayın 20-də Andres İnyesta “Real Sosyedad” qarşısında “Barselona” forması ilə sonuncu matçına çıxacaq.