“Lion” – “Marsel” dueli Avropa Liqasının finalında

“Lion” – “Marsel” dueli Avropa Liqasının finalında
15-05-2018 / 14:05 FUTBOL
286

Avropa Liqasının sabah keçiriləcək final oyunu Çempionlar Liqasının qrupuna daha bir vəsiqənin sahibini müəyyənləşdirə bilər. Apasport.az saytının məlumatına görə, Fransanın “Marsel” klubu “Atletiko”ya qalib gəlsə, qitənin ən nüfuzlu klub turnirində oynamaq imkanı qazanacaq.

 

Sonuncular isə İspaniya çempionatının mükafatçıları sırasına düşməklə artıq Çempionlar Liqasında yerini təmin edib. Bu isə o deməkdi ki, Madrid klubu qalib gəlsə, belə güzəştdən yararlanmayacaq.

 

Fransanın Lion şəhərindəki görüşün nəticəsi eyniadlı komanda üçün də böyük əhəmiyyətə malikdi. Daha doğrusu, “Atletiko”nun qalib gəlməsi.

 

Məsələ ondadı ki, əgər Avropa Liqasının qalibi öz ölkəsindən Çempionlar Liqasının qrupuna düşürsə, UEFA reytinqinin 5-ci ölkəsi bu mərhələdə 3 komanda ilə təmsil olunmaq imkanı qazanır.

 

“Atletiko” artıq belə vəsiqəni təmin etdiyindən və reytinqdə Fransa 5-ci olduğundan bu ölkədə bürünc medalın dəyəri qalxa bilər. Çempionatın sonuna 1 tur qalmış 3-cü pillədə qərarlaşan isə “Lion”du.

 

“Marsel”in bu şəhərdə uduzması, meydan sahiblərinə Çempionlar Liqasında təsnifat mərhələsinə deyil, qrupa vəsiqə verə bilər. Lakin “Atletiko”nun kuboku qazanması ilə iş bitməyəcək. Lionun komandası son turda mövqeyini qorumalıdı və burada da əsas rəqib “Marsel”di.

 

Düzdü, “Lion”un İspaniya klubuna azarkeşlik etmədən də Çempionlar Liqasında qrupa düşmək şansı qalıb. Marsellilərin Avropa Liqasının qalibi, onların isə Fransanın ikincisi kimi qrupa düşməsi mümkünsüz deyil.

 

Bu isə “Monako”nun son turda autsayderlərdən biri “Trua”yla görüşdə xal itirməsindən asılıdı. Sonuncular Liqa1-də qalmaq üçün vurduşduğundan sensasiyaya köklənib. Lionlular həm də “Marsel”i önə buraxmamaq haqda düşünməli, “Nitsa”yla ev sınağından üzüağ ayrılmalıdı.