Kontenin yerinə argentinalı məşqçi - "Çelsi"nin yeni planı

Kontenin yerinə argentinalı məşqçi -
15-05-2018 / 15:15 FUTBOL
431

Antonio Kontenin "Çelsi"dən ayrılacağı gözlənilir. Apasport.az saytının "Sky Sports"a istinadən məlumatına görə, "Çelsi" italiyalı məşqçinin yerini "Tottenhem"in çalışdırıcısı Maurisio Poçettino ilə doldurmaq istəyir.

 

"Zadəganlar"ın rəhbərliyi Konte ilə bağlı yekun qərarı Federasiya Kubokunun finalından sonra verəcək. Məhz sözügedən oyundan sonra Poçettino ilə danışıqlara başlanılacağı gözlənilir.

 

"Çelsi"nin baş məşqçisi postuna namizədlər sırasında "Napoli"nin çalışdırıcısı Mauritsio Sarri və sabiq "Barselona"lı Luis Enrikenin adına da rast gəlmək mümkündü.

 

Qeyd edək ki, "Çelsi" mayın 20-də Federasiya Kubokunun finalında "Mançester yYunayted"lə qarşılaşacaq.