Yoahim Lövdən yeni müqavilə

Yoahim Lövdən yeni müqavilə
15-05-2018 / 15:42 FUTBOL
308

Almaniya millisinin baş məşqçisi Yoahim Lövün taleyinə aydınlıq gəlib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, təcrübəli mütəxəssis postunda qalmağı qərara alıb.

 

Almaniya Futbol İttifaqının rəhbərliyi ilə görüşdən sonra 58 yaşlı çalışdırıcının müqavilə müddətinin artırılması qərara alınıb. Löv artıq 2022-ci ilə qədər nəzərdə tutulan yeni sazişə qol çəkib. Onun köməkçiləri Tomas Şnayder və Andreas Köpke də yeni müqaviləyə qol çəkiblər.

 

Qeyd edək ki, Yoahim Löv 2006-cı ildən Almaniya yığmasını çalışdırır.