“Azərbaycana gedib-getməyəcəyimə federasiya qərar verəcək”

“Azərbaycana gedib-getməyəcəyimə federasiya qərar verəcək”
15-05-2018 / 16:56 FUTBOL
560

“Mayda Azərbaycanla iki yoxlama görüşü keçirəcəyik. Heyətimizdə 4 futbolçu zədəli olduğu üçün bu qarşılaşmalarda iştirak etməyəcək. Ümid edirəm ki, onlar sentyabrda Serbiya və Ermənistanla keçiriləcək seçmə mərhələ matçlarına qədər tam hazır olacaqlar”. Apasport.az saytının məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət Makedoniya yığmasının baş məşqçisi Blaqoya Milevski deyib.

 

Makedonlar mayın 24-də və 27-də Bakıda Azərbaycanın U-20 millisi ilə yoxlama görüşündə üz-üzə gələcək.

 

Yığmanın “sükanı arxası”nda son oyunlarını keçirməyə hazırlaşan Milevski yerli mətbuata açıqlamasında ölkəmizə gəlib-gəlməyəcəyini bilmədiyini söyləyib: “Uzun illərdi burda mənə göstərilən dəstəyə görə təşəkkür edirəm. Federasiya ilə müqavilə müddəti iyunun 1-nə qədərdi və hazırda işimin başındayam. Azərbaycana gedib-getməyəcəyimə federasiya qərar verəcək. Anlaşmaya tam şəkildə riayət etməyə hazıram. Ondan sonra ətraflı danışmaq olar. Bəzən həyatda siz istəməsəniz belə, davam etməlisiniz. Hər halda, yeni çağırışa ehtiyacım olduğunu hiss edirəm”.

 

Qeyd edək ki, Makedoniyanın U-21 yığmasının yeni baş məşqçisinin iyunun 21-də açıqlanması gözlənilir. Milevski isə gələn aydan İsrail klubu “Aşdod”u çalışdıracaq.