DÇ-2018: İbrahimoviç yığmaya lazım olmadı

DÇ-2018: İbrahimoviç yığmaya lazım olmadı
15-05-2018 / 23:08 DÇ-2018
310

İsveç milli komandasının DÇ-2018 üçün heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, məşqçilər korpusu 23 nəfərlik siyahını müəyyənləşdirib.

 

İsveç futbolunun əfsanəsi Zlatan İbrahimoviç bu dəfə yığmaya lazım olmayıb. AVRO-2016-dan sonra yığmada gedən, lakin mundial öncəsi Rusiyadakı yarışda iştiraka hazır olduğunu bəyan edən hücumçu heyətə daxil edilməyib.

 

Qeyd edək ki, DÇ-2018 iyunun 14-dən iyulun 15-dək keçiriləcək.

 

Qapıçılar: Robin Olsen (“Kopenhagen”, Danimarka), Karl-Yohan Yonsson (“Genqam”, Fransa), Kristoffer Nordfeldt (“Suonsi”, İngiltərə);

 

Müdafiəçilər: Mikael Lustiq (“Seltik”, Şotlandiya), Viktor Lindelef (“Mançester Yunayted”, İngiltərə), Andreas Qrankvist (“Krasnodar”, Rusiya), Lüdviq Auqustinsson (“Verder”, Almaniya), Emil Kraft, Filip Helander (hər ikisi “Bolonya”, İtaliya), Pontus Yansson (“Lids”, İngiltərə), Martin Olsson (“Suonsi”, İngiltərə);

 

Yarımmüdafiəçilər: Emil Forsberq (“Leypsiq”, Almaniya), Viktot Klasson (“Krasnodar”, Rusiya), Albin Ekdal (“Hamburq”, Almaniya), Sebastyan Larsson (“Hall Siti”, İngiltərə), Cimmi Durmaz (“Tuluza”, Fransa), Markus Roden (“Krotone”, İtaliya), Oskar Hilyemark (“Cenoa”, İtaliya), Qustav Svensson (“Sietl”, ABŞ);

 

Hücumçular: Ola Toyvonen (“Tuluza”, Fransa), Markus Berq (“Əl-Əyn”, BƏƏ), Yon Qvidetti (“Alaves”, İspaniya), İsaak Kise Telin (“Vasland-Beveren”, Belçika).