Premyer Liqaya iki namizəd

Premyer Liqaya iki namizəd
16-05-2018 / 01:37 FUTBOL
552

İngiltərə Premyer Liqasına sonuncu vəsiqə uğrunda pley-off mərhələsinin yarımfinal raunduna yekun vurulub. Apasport.az saytının məlumatına görə, bu oyunlardan sonra bir yerə iki namizəd qalıb.

 

“Aston Villa” “Midlsbro” ilə qolsuz heç-heçədən sonra finala yüksəlib. Birminhem təmsilçisi ilk görüşdə 1:0 hesabı ilə qalib gəlmişdi.

 

Digər cütdə “Fulhem” “Derbi”yə ilk oyundakı məğlubiyyətin (0:1) əvəzini çıxa bilib. Premyer Liqaya vəsiqə uğrunda görüşdə də “Aston Villa” ilə “Fulhem” üz-üzə gələcək.

 

Qeyd edək ki, final oyunu mayın 26-da “Uembli”də baş tutacaq.