NBA: "Boston"dan "Klivlend" üzərində növbəti qələbə - VİDEO

NBA:
16-05-2018 / 09:30 TOP OYUNLARI
354

Milli Basketbol Assosiasiyasının (NBA) çempionatında pley-off mərhələsi davam edir. Apasport.az saytının məlumatına görə, Şərq konfransının final seriyasında növbəti görüş keçirilib.

 

"Boston Seltiks" "Klivlend Kavalyers"i qəbul edib. Oyunun gedişində 11 xal geri düşməsinə baxmayaraq, xüsusilə də üçüncü perioddakı üstün oyunu sayəsində geri dönüş edən "Boston" "Klivlend"i məğlub edərək, seriyadakı üstünlüyünü daha da möhkəmləndirib - 2:0.

 

NBA

Pley-off

Şərq konfransı, final

"Boston Seltiks" - "Klivlend Kavalyers" - 107:94

"Boston": Braun (23 xal, 7 ribaund, 3 assist, 1 top oğurlama), Rozye (18 xal, 5 ribaund, 2 assist), Horford (15 xal, 10 ribaund, 4 assist, 2 top oğurlama, 2 blok)

"Klivlend": Ceyms (42 xal, 12 assist, 10 ribaund, 1 blok), Lav (22 xal, 15 ribaund, 2 assist)

Seriyada hesab - 2:0 ("Boston")