Araz Abdullayev “Neftçi”yə qayıdır

Araz Abdullayev “Neftçi”yə qayıdır
16-05-2018 / 09:49 FUTBOL
2809

“Anortosis”lə yollarını ayıran Azərbaycan millisinin yarımmüdafiəçisi Araz Abdullayev müqavilə ilə məxsus olduğu “Qəbələ”yə qayıdıb. Apasport.az saytı xəbər verir ki, Kipr mətbuatı 26 yaşlı futbolçunun gələn mövsüm legioner həyatı yaşamayacağını iddia edib.

 

Belə ki, həmkarlarımızın fikrincə, “Anortosis”in keçidi üçün 150 min avroluq məbləği ödəməkdən imtina etdiyi oyunçu Azərbaycan çempionatında oynamaqda maraqlıdı. Lakin onun “Qəbələ”də qalmaq ehtimalı da yüksək qiymətləndirilmir. Belə ki, oyunçu ilə “Neftçi”nin yaxından maraqlandığı vurğulanıb. Hətta Abdullayevin “ağ-qaralar”a qayıtmaq variantının daha real olduğu yazılıb.

 

Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Araz Abdullayev 2008-2011 və 2012-2016-cı illərdə bu klubun formasını geyinib.