NHL: "Tampa-Bey" fərqi azaltdı - VİDEO

NHL:
16-05-2018 / 10:05 DİGƏR NÖVLƏR
287

Milli Xokkey Liqasında (NHL) pley-off mərhələsi davam edir. Apasport.az saytının məlumatına görə, növbəti oyun günündə bir qarşılaşma keçirilib. Şərq konfransının final seriyasında "Vaşinqton Kepitalz" "Tampa-Bey Laytninq"i qəbul edib.

 

Seriyanın ilk iki oyunundan fərqli olaraq, qarşılaşma "Tampa-Bey"in üstünlüyü şəraitində keçib. Nəticədə, ilk iki periodda ələ keçirdiyi fərqi sona qədər qoruyan "Laytninq" seriyada birinci qələbəsini qazanıb.

 

NHL

Pley-off

Şərq konfransı, final

"Vaşinqton Kepitalz" - "Tampa-Bey Laytninq" - 2:4

Seriyada hesab - 2:1 ("Vaşinqton")