Premyer Liqa klubunun məşqçisi istefaya göndərildi

Premyer Liqa klubunun məşqçisi istefaya göndərildi
16-05-2018 / 14:52 FUTBOL
339

“Everton”un baş məşqçisi Sem Ellardays tutduğu postdan rəsmən azad edilib. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, ingilis mütəxəssislə qarşılıqlı razılıq əsasında yollar ayrılıb.

 

Ellardays 2017-ci ilin noyabrında Ronald Kumanı əvəzləmişdi. “İrislər” onun rəhbərliyi altında İngiltərə Premyer Liqasını 8-ci pillədə başa vurmuşdular.

 

“Everton”un baş məşqçi postunu daha öncə “Uotford”u çalışdırmış Marko Silvaya həvalə edəcəyi gözlənilir.