London klubu baş məşqçisi ilə yollarını ayırdı

London klubu baş məşqçisi ilə yollarını ayırdı
16-05-2018 / 16:12 FUTBOL
541

"Vest Hem" baş məşqçi Devid Moyeslə yollarını ayırıb. Apasport.az-ın "Vest Hem"in rəsmi saytına istinadən məlumatına görə, London klubu şotlandiyalı mütəxəssislə müqavilə yeniləməmək qərarına gəlib. Moyesin köməkçiləri də onunla birlikdə klubdan ayrılacaq.

 

2017-ci ilin noyabrında Slaven Biliçi əvəzləyən 55 yaşlı mütəxəssisin müqaviləsi mövsümün sonuna qədər nəzərdə tutulmuşdu.

 

"Vest Hem" cari mövsümdə İngiltərə Premyer Liqasını 13-cü sırada bitirib.