Xama Billiatın komandası “Barselona”ya uduzdu

Xama Billiatın komandası “Barselona”ya uduzdu
17-05-2018 / 00:05 FUTBOL
379

“Barselona” yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, kataloniyalılar CAR çempionu “Mamelodi Saundaunz”la qarşılaşıblar.

 

Bu ölkənin əfsanəvi lideri və keçmiş prezidenti Nelson Mandelanın 100 illik yubileyi münasibətilə keçirilən matç “Barselona”nın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Qeyd edək ki, adı “Qarabağ”ın transfer siyahısında olan və Ağdam klubuna keçəcəyi gözlənilən Xama Billiat da matçın iştirakçısı olub.

 

Yoldaşlıq oyunu

“Mamelodi Saundaunz” - “Barselona” – 1:3

Qollar: Vilakazai, 76 – Dembele, 3, Suarez, 19, Andre Qomeş, 67